Yolun asfaltlanmayacağını görən Ramana sakinləri çarəni görün nədə tapdı - VİDEO

Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində yolların bərbad vəziyyətdə olması sakinləri çıxış yolu axtarmağa vadar edib.
Avtosfer.az xəbər verir ki, ərazidə yaşayan sakinlərdən biri bununla bağlı sosial şəbəkə hesabında görüntülər paylaşıb.
Kadrlardan görünür ki, bir neçə sakin yolun kənarında dayanaraq ərazidən keçən sürücülərə müraciət edir və yolun təmiri üçün pul toplayır. Paylaşımı edən şəxs də onlara pul verdikdən sonra sakinlərin bu addımı niyə atdıqlarına aydınlıq gətirir.
Onun sözlərinə görə, yolun uzun müddətdir bərbad vəziyyətdə olması və aidiyyəti qurumlardan nəticə əldə edə bilməmələri sakinləri öz hesablarına pul toplamağa məcbur edib. Onlar yola asfalt çəkilməsi üçün imkanları daxilində vəsait toplamağa çalışırlar.
Görüntülərdə yolun kələ-kötür vəziyyətdə olduğu, bu səbəbdən sürücülərin hərəkət zamanı çətinliklə üzləşdiyi də aydın görünür.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












