Yolun ortasında təhlükəli anlar: Piyada avtomobillərin önünü kəsib… - VİDEO

Ağcəbədi rayonu, Əjdər Məlikov küçəsində sürücülər üçün təhlükə yaradan piyadanın hərəkətləri kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Kadrlardan görünür ki, gənc oğlan yolun hərəkət hissəsində dayanaraq avtomobillərin hərəkətinə mane olur. O, nəqliyyat vasitələrinin qarşısını kəsir, sürücülərə yaxınlaşaraq əl-qol hərəkətləri edir. Bəzi sürücülər piyadadan yayınmaq üçün əks hərəkət zolağına çıxmağa cəhd göstərsələr də, o, bu zaman da onların hərəkətinə maneə yaradıb.
Hadisə zamanı sürücülərin ehtiyatlı davranması baş verəcək yol-nəqliyyat hadisəsinin qarşısını alıb.
Qeyd edək ki, piyadaların yolun hərəkət hissəsində bu cür davranışları həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradır.
Video sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. İzləyicilərin bir qismi görüntülərdə əks olunan şəxsin psixoloji vəziyyətinin normal olmadığını, səhhəti ilə bağlı problem yaşadığını qeyd edib.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












