Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO

Paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində, “Ayxan” marketin arxa küçəsində yolun asfalt örtüyü yararsız vəziyyətə düşüb.
Avtosfer.az-ın məlumatına görə, sakinlərdən biri ərazidəki vəziyyəti əks etdirən video çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Kadrlardan görünür ki, yolun asfalt örtüyü aşınıb, müxtəlif yerlərdə dərin çalalar yaranıb. Nəticədə ərazidən keçən sürücülər çətinliklə üzləşir, avtomobillərinə ziyan dəyir. Şikayətçinin sözlərinə görə, çalalara düşən avtomobillərin təkərləri də partlayıb.
Ərazidə yaşayan şikayətçi uzun müddətdir bu problemlə üzləşdiyini və hər gün yoldan istifadə edərkən çətinlik çəkdiyini bildirib.
Videoda görünür ki, sürücülər çalalara düşməmək üçün yolun kənarı ilə hərəkət etməyə çalışırlar. Lakin yolun böyük hissəsinin yararsız vəziyyətdə olması səbəbindən onlar yenə də çuxurlardan yayınmaqda çətinlik çəkirlər.
Şikayətçi problemin uzun müddətdir davam etdiyini vurğulayaraq aidiyyəti qurumların yolun təmiri istiqamətində tədbir görməsinin vacibliyini qeyd edib.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












