Zaqatalada 3 dönərdən zəhərləndi; vəziyyətləri açıqlandı - VİDEO

Hadisə 26 Noyabr 2024 21:09 Oxunub 100
Zaqatalada 3 dönərdən zəhərləndi;  vəziyyətləri açıqlandı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Zaqatalada zəhərlənmə hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, rayonun Çobankol kənd sakini, 25 yaşlı İlqar Əhmədov, Mosul kənd sakini, 17 yaşlı İradə Əsədullayeva və Qazangül qəsəbə sakini, 8 yaşlı Əli Atayev qida zəhərlənməsi əlamətləri ilə Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Xəstəxanadan verilən məlumata görə, zərərçəkənlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirildikdən sonra xəstələr ambulator müalicəyə buraxılıblar.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, dönərxanaya baxış keçirilib, müayinələrin aparılması məqsədilə müxtəlif nümunələr götürülərək laborator analizlərə cəlb olunub:

"Görülmüş tədbirlərlə iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Hazırda müvafiq qurumlarla birgə araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək".

Qeyd edək ki, Zaqatalada bu ilin may ayında da dönərdən kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb. Qırx nəfər toyuq ətindən hazırlanan dönərdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Ətraflı Baku TV-nin süjetində:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh