Zaqatalada güclü leysan və külək: İrigövdəli ağac yola aşdı - FOTO

Axşam radələrində Zaqatala rayonuna yağan güclü yağış və külək nəticəsində şəhər ərazisində irigövdəli ağacın bir hissəsi yola aşıb. Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, güclü külək və leysan yağışları ilə müşahidə olunan təbiət hadisəsi nəticəsində şəhərin İmam Şamil küçəsində irigövdəli ağacın bir hissəsi nəqliyyat vasitələrinin intensiv olduğu yola düşüb. İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Leysan yağışları və külək bir qədər ara verdikdən sonra şəhər nümayəndəliyi və kommunal təsərrüfat birliyinin əməkdaşları hadisə yerinə gəlib, yola aşan ağacın gövdəsini mişarla hissəslərə bölərək yoldan təmizləyiblər. Şəhər nümayəndəliyindən bildirilib ki, küçədə hərəkət qısa müddətdə bərpa olunub. Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam etsə də hələlik ciddi fəsadlar qeydə alınmayıb. O da diqqətə çatdırılıb ki, hava şəraiti nəzərə alınaraq şəhər nümayəndəliyi və kommunal təsərrüfat birliyinin əməkdaşları növbəli şəkildə fəaliyyət göstərir, baş verə biləcək hər hansı təbiət hadisəsinə dərhal reaksiya verilir və aradan qaldırılması istiqamətində işlərə başlanılır.




Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












