Banner

Zaqatalada iş adamı milyonluq dələduzluqla bağlı həbs edildi

Hadisə 28 Oktyabr 2026 14:00
Zaqatalada iş adamı milyonluq dələduzluqla bağlı həbs edildi
WhatsApp kanalımıza abunə olun

Zaqatalada iş adamı bir milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilir.

Avtosfer.az Apa-ya istinadən xəbər verir ki, gübrə satışı ilə məşğul olan sahibkar Əmrah Ramazan Valeh oğlu aldığı məhsulların pulunu ödəməməkdə, dələduzluqda ittiham olunur.

İttihama görə, zərərçəkmişlərə 924 901 manat ziyan dəyib.

Ona qarşı qarşı Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Zərərşəkənlərin şikayətindən sonra Əmrah Ramazan həbs edilib. İstintaq zamanı dəymiş ziyandan 144 min manat ödənilib.

Zərərçəkmiş şəxs qismində 3 nəfər və “Sara Qrup” QSC tanınıb.

O da bildirilir ki, təqsirləndirilən Əmrah Ramazan Zaqatala rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat məsələləri sektorunun baş məsləhətçisi Valeh Qazilovun oğludur.

Oxunub : 30
ŞƏRH YAZ
Ad

E-mail

Şərh