Zaqatalada kütləvi zəhərlənmə - Prokurorluq araşdırma BAŞLATDI - YENİLƏNİB

Qida Təhlükəsizliyi Agentliyi Zaqatalada baş verən zəhərlənmə hadisə ilə bağlı məlumat yayıb.
Avtosfer.az xəbər verir ki, məlumatda obyektin fəaliyyətinin müvəqqəti məhdudlaşdırıldığı bildirilir.
"İyulun 29-da Zaqatala Rayon Mərkəzi Xəstəxanasından Qida Təhlükəsizliyi Agentliyinin "1003" çağrı mərkəzinə rayon ərazisində yerləşən "Real" kafesində dönər məhsulundan zəhərlənmə şübhəsi ilə bağlı məlumat daxil olub.
Agentliyin əməkdaşları tərəfindən aparılan araşdırmalar çərçivəsində toyuq dönəri məhsulundan, eləcə də istehlaka təqdim olunan digər qidalardan nümunələr götürülərək analizə cəlb olunub. Bununla yanaşı, "Real" kafesində plandankənar yoxlama aparılıb. Obyektin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Araşdırmaların və laborator müayinələrin yekun nəticələrinə uyğun olaraq qanunvericiliyin tələblərinə müvafiq tədbirlər görüləcək", - deyə məlumatda vurğulanıb.
***14:56
Zaqatalada dönərdən zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 28-də saat 09:30-dan başlayaraq, 14 nəfər (9 kişi, 3 qadın cinsli, 2-si azyaşlı olmaqla) zəhərlənmə şübhəsi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir./oxu.az
***14:18
Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub.
Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Rayon sakini olan 8 nəfər Zaqatala şəhəri ərazisində müxtəlif iaşə obyektlərində yedikləri dönərdən zəhərlənərək, xəstəxanaya müraciət edib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO












