Zaqatalada maşının qarşısına heyvan çıxdı, sürücü qəzadan son anda yayındı - VİDEO

Zaqatala rayonunda avtomobilin yola çıxan iribuynuzlu heyvanla toqquşmasının qarşısı son anda alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında Mazıx kəndinə gedən yolda qeydə alınıb.
Kadrlardan görünür ki, iribuynuzlu heyvanlar hərəkətdə olan avtomobillər üçün maneə yaradıb. Bu zaman onlardan biri 01-BV-133 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin qarşısına çıxıb. Sürücü vaxtında reaksiya verərək qəzanın qarşısını alıb.
Hadisə nəticəsində xəsarət alan və ya heyvana dəyən olmasa da, yaranmış vəziyyət həm heyvan, həm də yol hərəkəti iştirakçıları üçün təhlükə yaradıb.
Qeyd edək ki, heyvanların nəzarətsiz şəkildə avtomobil yollarına çıxmasının qarşısının alınması vacibdir. Xüsusilə gecə saatlarında, eləcə də qəfil yola çıxan heyvanlar sürücülərin vaxtında reaksiya verməsini çətinləşdirə bilər. Bu isə qəza riskini artırır.
Bu səbəbdən heyvana baxan şəxslər onların avtomobil yollarına çıxmaması üçün lazımi tədbirlər görməlidirlər.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












