Zaqatalada ötən yay dağılan körpü hələ bərpa edilməyib

Zaqatala rayonunda yay aylarında yağan leysan yağışlardan sonra qəzalı vəziyyətə düşən körpü bərpa ediləcək.
Avtosfer.az xəbər verir ki, rayonun Car, Axaxdərə, Taxtalar, Kikobar və Tarixlər kəndlərinin sakinləri gediş-gəliş zamanı bu körpüdən rahatlıqla istifadə ediblər. Lakin yayda Bəkməz çayına gələn selin körpünü zədələməsindən sonra sakinlərin körpüdən yararlanması çətinləşib.
Car kəndinin sakini Murad Qarayev bildirib ki, günün işıqlı vaxtında körpüdən istifadə etmək mümkün olur. Qaranlıq düşəndən sonra isə körpüdən keçmək məsləhət bilinmir. Çayın içindən isə yalnız iriqabaritli avtomobillər keçə bilir.
Car kəndinin digər sakini Hüseyn Berikov, Axaxdərə kəndinin sakini Məhəmməd Ömərov və başqaları körpünün tezliklə bərpa edilməsinin vacib olduğunu deyiblər.
Car kənd bələdiyyəsinin sədri Emin Arasov diqqətə çatdırıb ki, müvafiq qurumların nümayəndələri əraziyə baxış keçiriblər və qəzalı körpünün bərpa olunması planlaşdırılıb.
Zaqatala rayon Fövqəladə Hallar Komissiyasından da bildirilib ki, körpünün əsaslı bərpası, eləcə də həmin ərazidən keçən yolun asfaltlanması nəzərdə tutulur. Maliyyə ayrıldıqdan sonra işlər mərhələli şəkildə həyata keçiriləcək.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












