Zəlzələ nəticəsində ölənlərin sayı 1000-ə çatdı - YENİLƏNİB

Myanmada martın 28-də baş verən 7,7 bal gücündə zəlzələnin fəsadları nəticəsində ölənlərin sayı 1002-yə çatıb.
Avtosfer.az xəbər verir ki, Myanmanın Dövlət İdarə Şurası bu barədə açıqlama yayıb. Son məlumata görə 2376 nəfər xəsarət alıb, 30 nəfər isə itkindir. Axtarış-xilasetmə işləri davam edir.
***09:24
Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 838 nəfərə çatıb.
Avtosfer.az xəbər verir ki, bu haqda BBC məlumat yayıb.
***
Myanmada baş verən güclü nəticəsində ölənlərin sayı 144 nəfər çatıb.
Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, meyitlərin çoxu tikilən 34 mərtəbəli binanın dağıntıları altından çıxarılıb.
Ehtimal edilir ki, bina çökən zaman tikinti ərazisində 300-dən işçi olub.
***15:35, 28 mart
Myanmada baş verən güclü zəlzələ nəticəsində ən azı 20 nəfər ölüb.
Avtosfer.az xəbər verir ki, dağıntılar altında qalan insanların xilasetmə işləri davam edir.
Zəlzələ Myanmanın Taunqu şəhərində monastırın uçmasına səbəb olub, nəticədə beş köçkün uşaq həyatını itirib. Mandalay bölgəsindəki Şve Pho Şinq məscidində isə cümə namazı zamanı baş verən dağıntı nəticəsində ən azı 20 nəfər həlak olub.
Mandalaydakı tarixi Ava körpüsünün də zəlzələ zamanı dağıldığı, tarixi Mandalay sarayının isə zədələndiyi bildirilir.
***
Myanmada 7,7 bal gücündə zəlzələ olub.
Avtosfer.az xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Araşdırmaları Mərkəzi məlumat yatıb.
Zəlzələ ölkənin mərkəzi hissəsində yerli vaxtla saat 12:10-da (Bakı vaxtı ilə saat 10:20-də) qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 30 km dərinlikdə olub.
Çinin seysmologiya mərkəzi zəlzələnin 7,9 bal gücündə olduğunu açıqlayıb.
Hələlik dağıntı və tələfat haqqında məlumat yoxdur.
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












