Zirzəmidən skuter, küçədən şlaqbaum oğurladı - 2 il 6 ay "iş" aldı

Bakıda iki ayrı oğurluq hadisəsi törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs Oqtay Şükürov (şərti) Yasamal rayonu ərazisində yerləşən "Boranı” restoranının zirzəmisinə daxil olaraq, oradan 1 285 manat dəyərində elektrikli skuter oğurlayıb.
Bundan başqa, təqsirləndirilən şəxs yaşayış evinin qarşısında quraşdırılmış və giriş-çıxışı tənzimləyən 400 manat dəyərində alüminium şlaqbaumu sökərək aparıb.
İstintaq zamanı təqsirləndirilən şəxs hər iki oğurluq əməlini etiraf edib. O bildirib ki, skuteri şəxsi istifadəsi üçün götürüb, şlaqbaumu isə metal kimi satmaq məqsədilə oğurlayıb.
Məhkəmə iclasında zərərçəkmiş şəxslər onlara dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdıqlarını və ona qarşı hər hansı şikayət və tələblərinin olmadığını bildiriblər.
Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.2 (Oğurluq - təkrar törədildikdə) və 177.2.3-cü (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












