100 minə başa gələn ən yaxşı qoyun qoruyan it – FOTO

Türkiyənin Anadolu bölgəsində yetişdirilən Kanqal it cinsi Azərbaycana da idxal olunur. Avtosfer.az Virtualaz.org-a istinadən xəvər verir ki, Anadolunun Ərdivan qəsəbəsində 20 min metr xüsusi hasarlanmış ərazidə bəslənən heyvanların əsas özəllikləri ən yaxşı qoruma iti olmalarıdır. İt fermasının sahibi Akif Mətin buranı 3 il əvvəl tikdiyini bildirib. Onun sözlərinə görə, Kanqal sevgisi onda uşaqlıqdan yaranıb və bu işə böyük sevgi ilə başlayaq peşəkara çevrilib. Hazırda fermada 200 damazlıq heyvan, o cümlədən, Anadolu çoban iti, Aksaray malaklısı, Ağbaş və digər it növləri var.
"Yaz-qış bala ala bilmək üçün xüsusi doğum yerlərimiz var. Fermada ildə 600 bala ala bilirik. Burada yetişdirdiyimiz damazlıq itlər Türkiyədə və dünyada özlərini sübut etmiş heyvanlardır. Nəsilləri kəsilməsin deyə biz heyvanları bura gətirib onlardan saf qanlı balalar alırıq. Fermada Kanqal başda olmaqla, Anadolu çoban iti, Ağbaş, Aksaray malaklısı növləri yetişdiririk. Bundan əlavə, az sayda Alabay itlərimiz də var”, - deyə ferma sahibi bildirib.

A.Mətin həmçinin deyib ki, Akbaş Amerikada ən yaxşı qoruma iti seçilib. Onun sözlərinə görə, fermada yetişdirilən itlər Azərbaycan, Rusiya, Çin və ABŞ kimi ölkələrə satılır: "Türk çoban itlərimizin əsas xüsusiyyətləri dünyadakı ən yaxşı qoruma iti olmalarıdır. Bu gün Afrika, Amerika, Rusiya, Azərbaycan, Qazaxıstan kimi bir çox ölkədə sürüləri kanqallar qoruyur . Bu gün Amerikada ən yaxşı qoruma iti Akbaş seçilib. Afrikada da sürüləri vəhşi heyvanlardan kanqallar qoruyurlar. Bu bizim milli sərvətimizdir. Biz onları insanlara nə qədər yaxşı çatdırsaq, kanqalların dəyəri də bir o qədər artıq olar”.
Ferma sahibi qeyd edib ki, heyvanlar rezervasiya üsulu ilə tələb gələn yerlərə göndərilir. İt almaq istəyənlər bir ay əvvəldən fermaya müraciət etməlidirlər. Bala itlərin qiyməti isə 3 min lirədən başlayır.

Böyük itlərin qiyməti 20-100 min lirədir. A. Mətin qatıldığı it gözəllik yarışmasında Türkiyə birinciliyini qazanan 70 kilo ağırlığındakı "Herakl" adlı kanqalın 70 min lirəyə Dubaydan alıcı tapdığını söylədi. Yenə gözəllik yarışmasında birinciliyi olan, 90 kilo ağırlığındakı Anadolu çoban iti "Buğac" üçün də 100 min lirəlik təklif gəlib.
Ferma sahibi həmçinin bildirib ki, itlər xüsusi bəslədiyindən gördüyü iş xeyli xərc tələb edir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












