Yeni qaydalar avtomobilləri bahalaşdıracaq: Hər maşına əlavə 11 min manat xərc

Avropa İttifaqının avtomobil sənayesi ilə bağlı tətbiq etdiyi yeni təhlükəsizlik, emissiya və proqram təminatı tələbləri avtomobillərin istehsal xərclərini artırır. “Renault” şirkətinin baş icraçı direktoru Fransua Provost bu tendensiyanın davam edəcəyi təqdirdə 2030-cu ilə qədər hər bir avtomobilin istehsalına əlavə 6 min avro xərc yarana biləcəyini açıqlayıb.
Avtosfer.az xəbər verir ki, Provost Avropa İttifaqının yeni qaydalarının avtomobil istehsalçılarına maliyyə yükünü artırdığını və Avropa avtomobil sənayesinin beynəlxalq rəqabət qabiliyyətini zəiflədə biləcəyini bildirib.
Onun sözlərinə görə, 2020-ci ildən etibarən qüvvəyə minən yeni tələblər hər avtomobilin istehsal xərclərini təxminən 3 min avro (5 600 manat) artırıb. 2030-cu ilə qədər isə bu məbləğin daha 3 min avro artacağı gözlənilir. Beləliklə, əlavə xərclərin ümumi həcmi 6 min avroya (təxminən 11 200 manat) çata bilər.
Bu artıma sürücüyə yardım sistemləri, daha sərt ekoloji standartlar, kibertəhlükəsizlik və avtomobillərin proqram təminatı ilə bağlı yeni tələblər səbəb olur.
Provost hesab edir ki, əlavə xərclər xüsusilə kiçik və münasib qiymətli avtomobillərin istehsalına mənfi təsir göstərəcək. Onun fikrincə, 70 min avro dəyərində avtomobil üçün 6 min avroluq əlavə xərc ciddi problem yaratmasa da, daha ucuz avtomobillərdə bu artım alıcılar üçün böyük maliyyə yükünə çevrilə bilər.
“Renault” rəhbəri xəbərdarlıq edib ki, avtomobillərin bahalaşması nəticəsində bir çox sürücü yeni avtomobil almaq əvəzinə mövcud nəqliyyat vasitəsindən daha uzun müddət istifadə etməyə və ya daha ucuz idxal avtomobillərinə üstünlük verməyə məcbur qala bilər.
Qeyd edək ki, açıqlanan 6 min avro avtomobillərin satış qiymətinin mütləq bu qədər artacağı demək deyil. Bu, şirkət rəhbərinin Avropa İttifaqının tənzimləmələri nəticəsində istehsal xərclərində yarana biləcəyini proqnozlaşdırdığı əlavə yükdür. Bunun son satış qiymətinə təsiri istehsalçıdan və avtomobilin modelindən asılı olacaq.
Eltac Zülfüqaroğlu
Bakının ən uzun avtobus marşrutu neçə kilometrdir? – MARAQLI RƏQƏMLƏR
Çoxuşaqlı ailələr üçün pulsuz PARKLANMA
Avtomobillərdə Start-Stop problemi: Mühərrik işə düşməyə bilər
Bakı və Parisin ortaq nöqtəsi nədir? – MÜQAYİSƏ – VİDEO
Naviqator yollardakı tıxacları necə müəyyən edir? – MARAQLI
Yeni şamlar avtomobilin mühərrik gücünü artırırmı? – ARAŞDIRMA
Bakının ən sıx dairəsi haradadır? - 25 yol hissəsi, 23 avtobus marşrutu keçir
Merkelin təyyarəsini doğrayaraq suvenir hazırladılar - FOTO
Daha bir şayiə: internet 4 ay kəsiləcək, bank hesabları bloklanacaq
ADY gecikən qatara görə sərnişinlərə hansı halda bilet pulunu qaytarır? – RƏSMİ
Bakı metrosunun tikintisində mühəndislərin qarşılaşdığı çətinlik nə olub? – TARİXİ FAKTLAR











