1000-dən artıq adam arasında aparılan bir sorğunun nəticələri hər kəsi şoka saldı

ABŞ əhalisinin 7%-nin şokoladlı südün qəhvəyi rənginin inəklərdən gəldiyini düşündüyü ortaya çıxıb. Avtosfer.az-ın "Sputnik"ə istinadən xəbər verir ki, ABŞ Süd Məhsullarının Təkmilləşdirilməsi Mərkəzi tərəfindən aprel ayında 18 yaşdan yuxarı 1000-dən artıq adam arasında aparılan bir sorğunun nəticələri hər kəsi şoka salıb. Araşdırmaya qatılanların 7%-i şokoladlı südün qəhvə rənginin inəklərdən gəldiyini deyib. İnternet vasitəsilə aparılan bu araşdırmada bütün ölkəni təmsil edən şəxslərin iştirak etdiyini nəzərə alsaq, 16 milyon 400 min amerikalının şokoladlı südün süd, şokolad və şəkərdən istifadə edilməklə hazırlandığını bilmədiyini deyə bilərik. Digər tərəfdən, sorğu iştirakçılarının 48%-i də şokoladlı südün haradan əldə edildiyini deməkdə çətinlik çəkiblər. Sorğuya qatılanların 29%-i şokoladlı süd almaq üçün uşaqlarının adından bəhanə kimi istifadə etdiklərini söyləyiblər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












