1700-dən çox insanı öldürən göl - VİDEO

Afrikada Kamerun dövlətinin ərazisində yerləşən Nios gölü təxminən 400 il bundan əvvəl yüksək dağlıq ərazidə səth və yeraltı suların maara (Yer səthində vulkan mənşəli qıfabənzər çökəklik) dolması nəticəsində formalaşıb. Maar lavanın yeraltı sularla qarışması nəticəsində baş verən partlayışdan yaranıb. Avtosfer.az salamnews-a istinadən xəbər verir ki, gölün maksimal uzunluğu 2 km, eni 1,2 km, sahəsi 1,58 kv.km, dərinliyi isə 208 m-dir. Gölün altında böyük dərinlikdə maqma yerləşir və maqmadan fasiləsiz olaraq karbon dioksid (СО2) qazı ayrılır. Karbon dioksid torpaq süxurlarından sızaraq yuxarı qalxır və gölü qidalandıran yeraltı sularda həll olur. Məhz bu təbiət hadisəsi 1986-cı ildə dəhşətli faciənin baş verməsinə səbəb olub. Belə ki, həmin il avqustun 21-də Nios gölü 1700-dən çox insanın boğularaq ölümünə səbəb olub. Havaya qalxan karbon dioksid göldən 27 km radiusda yayılaraq canlı olan hər şeyi öldürüb. 3500-dən artıq mal-qara, ağaclardakı quşlar, həşəratlar tələf olub. Aşkarlanmış cəsədlərə baxış keçirilərkən elə təsəvvür yaranıb ki, bu insanlar, sanki, hərəkət zamanı və ya bir-biri ilə danışan zaman dünyalarını dəyişiblər. Hadisədən sonra gölün ətrafındakı ərazilərdə yaşayan 3500 nəfər başqa yerlərə köçürülüblər. Lakin gölün ətrafındakı torpaqlar məhsuldar olduğundan bir çoxları geri qayıdıb. Hazırda göl təhlükə kəsb etməkdə davam edir. Qonşu Nigeriya da bu təhlükə ilə üzləşə bilər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












