31 yanvara hazır olun! - 152 il sonra təkrarlanacaq - VİDEO

Bu il yanvarın 31-də 1866-cı ildən bu vaxta qədər müşahidə edilməyən möhtəşəm bir hadisəyə şahidlik edəcəyik. Həmin gecə “super ay”, “mavi ay” və “qanlı ay” eyni vaxtda müşahidə ediləcək. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, alimlər “nadir ay” deyilən bu hadisəni mütləq izləməyi məsləhət görür. Dünya Günəşlə Ay arasına girəndə əgər kölgəsi tam olaraq Ayın üzərinə düşərsə, buna “tam ay tutulması” deyilir. Hər 2.5 ildən bir belə Ay tutulmasını Dünyada izləmək olur. Tutulma zamanı Dünyanın atmosferindən keçən Günəş şüaları fitrlənir və Ayın üstündə qırmızı tonlar müşahidə edilir. Buna isə “qanlı ay” deyirlər. “Mavi ay” ifadəsi isə bir ay içərisində iki dəfə Ay bədrlənəndə istifadə edilir. Bu da 2.5 ildə bir dəfə baş verir.
Ayın Yerə ən yaxın olduğu vaxtda baş tutan bədrlənməyə “super ay” deyilir. Bu zaman Ay adi vaxtlarda olduğundan 30 faiz daha parlaq və 14 faiz daha böyük görünür. Hər 411 ildən bir “super ay” hadisəsi baş verir. Göy üzündə bu hadisələrin hər birinin fərqli vaxtlarda görünməsi nə qədər normaldırsa, onların hamısının eyni vaxtda baş verməsi də o qədər nadir haldır. Ay tutulması ilə birlikdə “qanlı ay”, super ay” və “mavi ay” sonuncu dəfə 1866-cı il martın 31-ə baş vermişdi. 152 il sonra 31 yanvarda bu hadisə yenidən təkrarlanacaq. 1 saat 16 dəqiqə davam edəcək tutulma Asiya qitəsi və okean ətrafı ölkələrdə daha yaxşı müşahidə ediləcək. NASA alimləri isə “ayın sonunda baş verəcək bu nadir hadisəni izləməyi unutmayın” deyə xəbərdarlıq edib. Alimlər də 152 il sonra baş verəcək bu hadisəni izləmək üçün teleskoplarını Aya doğru çeviriblər.
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












