63 yaşlı qadın meşəbəyi - At belində 900 hektar əraziyə nəzarət edir - VİDEO

Meşələri qorumaqda ona ən yaxın sirdaşı, eləcə də vəfalı dostu olan atı da kömək edir. Avtosfer.az-ın məlumatına görə, Sima Məmmədovanın 63 yaşı var. O, İsmayıllı rayonunun Yeniyol kənd sakinidir. Ömrünün böyük hissəsini övladları ilə birgə rayonunun, doğma kəndinin təbiətinin qorunmasına həsr edib.Tanıyanlar kişi qeyrətli bu qadının kişilərin belə, çətinliklə öhdəsindən gəldiyi bir peşənin sahibi olduğunu yaxşı bilirlər. Sima Məmmədova İsmayıllının Yeniyol, Qərsələ, Aşağı Qaraqaya, Yuxarı Qaraqaya, Sədiyan, Yuxarı Diyallı kəndlərinin meşələrində meşəbəyilik edir. Bu peşədə çalışan yeganə qadın olmasına baxmayaraq, işinin öhdəsindən layiqincə gəlməyi bacarır.
Sima nənə deyir ki, maraqlı, fərqli, çətin olduğu qədər də riskli peşənin sahibidir. Artıq o, özünü dağlarsız ucu-bucağı görünməyən meşələrsiz təsəvvür edə bilmir. Əsrarəngiz və həyat dolu meşələrdə dəfələrlə yırtıcı heyvanlarla qarşılaşsa da, əsla qorxmadığını deyir.
Artıq 12 ildir meşələri mühafizə edən Sima Məmmədova müxtəlif maraqlı hadisələrlə də qarşılaşıb. Ona bu işdə ailəsi də böyük dəstək verir. Kənd sakinləri də Sima Məmmədovanın qadın olmasına baxmayaraq, meşəbəyi vəzifəsinin öhdəsindən layiqincə gəldiyini bildirirlər.
Gününür, zamanını dağlar qoynunda keçirən Sima nənə ömrü yetdikcə bu işi davam etdirmək arzusundadır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












