Aeroportda itmiş baqaja görə nə qədər kompensasiya verilir?

Səyahət edərkən hava limanında qeydiyyatdan keçdikdən sonra baqajlarımızın taleyi “yad əllərə” təslim edilir. Avtosfer.az xəbər verir ki, bəzən sağ-salamat yola saldığımız baqaj ya gec, ya zədələnmiş olaraq geri dönür, ya da heç dönmür. Əlbəttə ki, bu hal səyahət edən insanlar üçün heç də ürəkaçan deyil. Lakin haqlarını bilən sərnişinlər, hətta bu vəziyyətə sevinə bilərlər. Çünki itmiş və zədələnmiş baqaja görə 1250 avroyadək kompensasiya alma haqları var. Hava Nəqliyyatında bütün tənzimləmələr Varşava və Monreal Konvensiyalarına əsasən həyata keçirilir. Uçuş zamanı sərnişinlərin hüquqları və onların baqaj haqlarının sərhədləri məhz bu konvensiyalara uyğun müəyyən edilir. Qaydalara əsasən, itmiş baqajın tapılması üçün əvvəlcə hava yolu şirkətinin “itmiş əşyalar şöbəsi” araşdırmalara başlayır. Sonra isə daha üst qurumlar işə cəlb edilirlər. Bir ay ərzində tapılmayan baqaj üçün isə kompensasiya işlərinə start verilir.
1 kq itmiş baqaj 20 dollar
Əgər qeydiyyatdan keçmiş (checked in) baqajınız itər, zədələnər və ya gecikərsə, Varşava konvensiyasına görə, hava yolu şirkəti hər kiloqrama görə 250 Poincare Franc (təxmini 20 dollar) kompensasiya ödəməlidir. Monreal Konvensiyasına görə isə hava yolu şirkətinin məsuliyyəti 1250 avro ilə məhdudlaşdırılır. Yəni, bundan yüksək məbləğ tələb etmək sadəcə vaxt itkisidir. Çünki sərnişinlər bilet alarkən qaydaları qəbul etmiş olurlar. Əgər zədələnmə baqajın özündə olan qüsura görə baş verərsə, onda sərnişinlərin heç bir kompensasiya tələb etmə haqqı yoxdur.
Baqajınız zədələnərsə
- Əgər baqajınız zədələnibsə, zədəni baqajı təslim aldığınız anda aşkar etsəniz, terminalı tərk etməmış hava yolu şirkətinə yazılı müraciət etməlisiniz.
- Əgər baqajınız zədələnibsə, baqajı təslim aldıqdan sonra 7 gün ərzində hava yolu şirkətinə yazılı müraciət etməlisiniz.
- Əgər baqajınız zədələnibsə və üstəlik, gecikibsə, onda baqajı təslim aldıqdan sonra 21 gün ərzində hava yolu şirkətinə yazılı şəkildə bildirməlisiniz.
Gec gələn baqaja görə ödəmə
Əksər sərnişinlər bu haqda məlumatsızdırlar. Əgər baqajınız gec gəlibsə, o zaman baqaj təhvil verilənədək çəkdiyiniz xərcləri göstərən fakturalarla birlikdə hava yolu şirkətinə birbaşa və ya yazılı olaraq müraciət edə bilər, pulunuzu geri ala bilərsiniz.(seyyah.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












