Ağcaqanadları daha çox cəlb edən qan qrupu

Ağcaqanadların bəzi insanları digərlərindən daha çox sancmasının səbəbi elm üçün hələ də tam aydın olmasa da, bu sahədə aparılan araşdırmalar müəyyən meyilləri üzə çıxarıb. Məlum olub ki, birinci qan qrupuna sahib şəxslər ağcaqanadların hücumuna daha çox məruz qalırlar. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Gemotest" laboratoriyasının eksperti Aleksandra Filyova bildirib.
Onun sözlərinə görə, ikinci qan qrupuna malik olanlar daha az risk altındadır, üçüncü və dördüncü qan qruplarının sahibləri isə bu cür hallarla demək olar ki, rastlaşmırlar. Ekspert qeyd edib ki, ağcaqanadlar yalnız qan qrupuna deyil, həm də nəfəs zamanı ifraz olunan karbon qazının miqdarına həssasdırlar. Bu baxımdan, fiziki cəhətdən aktiv insanlar, hamilə qadınlar və artıq çəkili şəxslər daha çox təhlükə altındadır. Mütəxəssis bəzi xəstəliklər zamanı orqanizmdə yaranan qoxuların da ağcaqanadların diqqətini çəkə biləcəyini bildirib.
"Məsələn, qaraciyər və böyrək problemləri zamanı meydana çıxan ammiak, eləcə də şəkərli diabet xəstələrində yaranan aseton qoxusu bu cür hallara səbəb ola bilər. Bundan əlavə, bədən temperaturu yüksək olan şəxslər ağcaqanadların əsas hədəfinə çevrilir. Sancmalar, adətən, boyun, qulaqların arxası və qoltuq kimi daha isti nahiyələrdə müşahidə olunur", - deyə Filyova izah edib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












