Alimlər Herakl bürcünü müşahidə etdilər - Ulduz qırmızı nəhəngə çevriləcək

Danimarka alimləri Herakl bürcündəki bir ulduzlu ətraflı incələyiblər. Avtosfer.az xəbər verir ki, 7 milyard yaşı olan ulduz tezliklə qırmızı nəhəngə çevriləcək. Danimarkalı astronomlar Herakl bürcündə Günəşə bənzər ulduz barədə çoxlu məlumat toplayıblar. Alimlər 215 gecə teleskop vasitəsilə bu ulduzu müşahidə ediblər. "SONG" layihəsi 2006-cı ildə danimarkalı alimlər tərəfindən təklif edilib. Məqsəd dünya üzrə 8 observatoriya qurmaqdır. Bu abservatoriyalarda daimi ştatda işçi olmayacaq. Obyektlərin hər biri orta ölçülü, baha olmayan robot-teleskoplarla təchiz edilməlidir və internet vasitəsi ilə idarə ediləcək. Astroseysmologiya vasitəsilə toplanan məlumatlar alimlər tərəfindən incələnəcək. Herakl A ulduzu Myu Herakl bürcünün üçlü Myu ulduz sisteminin əsas komponentidir. Alimlər ulduzun səthini müşahidə edərək onun ölçüsünü, kütləsini Əgər Günəşin yaşı 4.5 milyard ildirsə, ulduz ölçülərinə görə bu orta yaş həddi sayılır. Myu ulduzu isə köhnə ulduz sayılır. Onun 7 milyard il yaşı var. Alimlər müəyyənləşdiriblər ki, ulduzun mərkəzindəki bütün hidrogen qazı artıq yanıb. İndi ulduzun mərkəzində gelium nüvəsi toplaşıb. Tezliklə ulduz böyük və nəhəng qırmızı ulduza çevriləcək. Bu isə ulduz evolyusiyasının son mərhələlərindən biridir.
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA
“Eşref Tek”in maşını Bakıya gətirildi: İstəyən şəkil çəkdirə bilər – VİDEO
Bu küçə piyadalaşdırılacaq: Evlərin qiyməti yüksələ bilər – EKSPERT – VİDEO
Gədəbəydə maraqlı toy karvanı - VİDEO











