Alverçilər suda batmış maşınları belə maskalayırlar - FOTO

Avropada ötən il baş vermiş leysan və daşqınlardan sonra suda batmış maşınların MDB bazarına kütləvi “ekspansiyası” başladı. Rusiyalı ekspertlər bu prosesin son həftələrdə yenidən geniş vüsət aldığını deyirlər. Maraqlıdır ki, daşqından zərər görmüş maşınlar son vaxtlar MDB bazarına birbaşa deyil, Koreya və Yaponiya vasitəsi ilıə daxil olur. Hətta 0 kilometr maşınlar arasında da suda qalanlar tapılır.
Avtosfer.az xəbər verir ki, ekspertlər suda qalmış maşını ayrıd etməyin çox çətin olduğunu deyirlər. Lakin bəzi əlamətlər maşının suda qaldığını sübut edir.
Suda qalmış avtomobilin salonundan kif iyi gəlir. Maşın alverçiləri bunu itirmək üçün çox güclü aromatizatorlardan istifadə edirlər. Bu səbəbdən, çox güclü aromatizatorlardan istifadə eidlmiş maşından şübhələnməyə dəyər.
Köhnə maşında təəccüb yaradan yeni detallar – oturacaqlar, ayaqaltı və sair də batmış avtomobilin əlaməti ola bilər.
Salon detallarında və qapıda korroziya izləri də suda uzun müddət qalmanın əlamətidir.

Nəhayət ən yaxşı sübut elektronika ilə bağlı müntəzəm ortaya çıxan problemlərdir. Təəssüf ki, bunu ilk baxışda görmək mümkün olmur. Sürücü anidən yolda qaldığı üçün evakuatorla servisə getdikdə hər şey bəlli olur. Su ilə təmasda olmuş elektronikanın təmirinə heç kim zəmanət vermir. Burada yeganə zərərçəkən avtomobilin sahibi olur.

Vüqar Yaşaroğlu
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












