“Arvadım dostumla gəzir” deyib başına iş açdı - Bakıda QƏRİBƏ HADİSƏ

Arvadının ona dostu ilə xəyanət etməsi haqda məlumatlar yayan ər məhkəmə tərəfindən cəzalandırılıb. Hadisə Bakıda baş verib. Avtosfer.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, Yasamal rayonunda məktəblərin birində direktor müavini işləyən qadın məhkəməyə müraciət edərək ərinin onun haqda yalan məlumat yaymaq, böhtan atmaq şərəf və ləyaqətini alçatdığını iddia edib və bunun üçün də cəzalandırılmasını istəyib. Belə ki, qadın ərinin yaydığı məlumatların yalan kimi tanınmasını, təkzib məktubu göndərərək üzr istəməsi və mənəvi zərərə görə 30 min manat cərimələnməsini istəyib. Şəxsi məlumatların qorunması məqsədi ilə tərəflərin adları tam açıqlanmır. Cütlük 1986-ci ildən evlidir, rəsmi olaraq boşanmasalar da, faktiki ayrı yaşayırlar.
Yasamal rayon məhkəməsi qadının iddiasını rədd edib, o da apellyasiya şikayət edib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Cəfərov işə baxaraq müəllimənin xeyrinə qərar çıxarıb. Məhkəmə araşdırması zamanı şahidlərin ifadələrinə əsaslanılıb. Qonşusu deyib ki, qadının əri onlara zəng edərək arvadının ona dostu ilə xəyanət etdiyini deyib. Həmin məktəbdə işləyən 3 şahid də eyni halın baş verdiyini deyiblər.
Məhkəmədə ifadə verən ər isə belə bir məlumatı yaymadığını deyib.
Məhkəmə belə qərara gəlib ki, 2 uşaq anası, direktor müavininin özü barədə yalan məlumat yayması, sonra da həmin şəxsləri öyrədərək yalançı şahid kimi istifadə etməsi inandırıcı deyil. Buna görə də iddiası qismən təmin edilib. Məhkəmə qərarına görə ər arvadının xəyanət etməsi haqda yalan məlumat yaydığı üçün ondan yazılı formada üzr istəməli, mənəvi zərərə görə də min manat ödəməlidir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












