Avtomatik sürətlər qutusunun ömrü nə qədərdir? – Mütəxəssislər AÇIQLADI

Avtomobil mühəndisləri və servis mütəxəssislərinin fikrincə, mürəkkəb mexaniki quruluşa malik avtomatik ötürmə sistemlərinin orta xidmət müddəti 240 min ilə 320 min kilometr arasında dəyişir. Bununla belə, transmissiyanın real istismar müddəti onun növündən, texniki xidmət səviyyəsindən və istifadə şəraitindən birbaşa asılıdır.
Avtosfer.az xəbər verir ki, avtomobil mövzusunda ixtisaslaşmış “SlashGear” platformasının hazırladığı texniki təhlildə qeyd olunur ki, avtomatik transmissiyaların ömrünə təsir edən əsas amillər transmissiya növü, düzgün texniki qulluq və istismar şəraitidir. Təhlilə görə, ənənəvi hidromexaniki avtomatik transmissiyalar mexaniki baxımdan CVT (fasiləsiz dəyişən transmissiya) sistemləri ilə müqayisədə daha uzunömürlü hesab olunur.
Mütəxəssislər bildirirlər ki, transmissiyanın vaxtından əvvəl sıradan çıxmasına səbəb olan əsas amillərdən biri uyğun olmayan transmissiya yağından istifadə və yağın dəyişdirilməsi intervallarına əməl edilməməsidir. Bundan əlavə, avtomobilin daşıma qabiliyyətindən artıq yüklənməsi ötürücü sistemdə əlavə gərginlik yaradır, bu isə yüksək temperaturun əmələ gəlməsinə və daxili mexaniki hissələrin daha sürətlə aşınmasına səbəb olur.
Qeyd edilir ki, hər bir avtomobil istehsalçısı istifadəçi təlimatında transmissiya mayesinin xüsusiyyətlərini və dəyişdirilmə intervallarını dəqiq göstərir. Bu tövsiyələrə əməl olunması ötürücü sistemin etibarlı və uzunömürlü fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Vaxtında aparılmayan texniki xidmət isə transmissiya komponentlərində bərpası çətin olan nasazlıqlara səbəb ola bilər.
Mütəxəssislər avtomatik sürət qutusunun ömrünün sonuna yaxınlaşdığını göstərən bir sıra əlamətlərə də diqqət çəkiblər. Belə ki, avtomobilin altında və ya transmissiya blokunun ətrafında yağ sızmasının müşahidə olunması sistemdəki təzyiq balansının pozulduğunu göstərə bilər.
Bundan başqa, sürət qutusundan gələn cırıltı, sürtünmə və ya metal səsləri daxili mexaniki hissələrdə nasazlığın yarandığına işarədir. Sürət dəyişdirmə zamanı hiss olunan güclü titrəmələr, mühərrik dövrlərinin qeyri-sabit olması, ötürücülərin gec və ya ümumiyyətlə dəyişməməsi, eləcə də sürüşmə halları transmissiyanın təcili diaqnostika və təmirə ehtiyac duyduğunu göstərən əsas əlamətlər hesab olunur.
Eltac Zülfüqaroğlu
ABŞ Çinin yerli təyyarə istehsalı planına mane olur
Sürücülərin illərdir inandığı fikir dəyişir: Avtomat maşınlar daha çox yanacaq sərf etmir
Türkiyədə sürücü "Lamborghini"sini atıb qaçdı: Polis onu kolluqda tapdı - FOTO
“Bolt” Bakıda keçirilən daha bir beynəlxalq tədbirin tərəfdaşıdır – AÇIQLAMA - VİDEO
Gömrükdə qeyri-adi hadisə: Qaçaqmalçılı göyərçin tutuldu - FOTO
Rusiya Çindən gələn yatırımlardan asılı vəziyyətdədir - POLİTOLOQ
Elektromobil sahibləri qışda bu problemlərlə üzləşir - ARAŞDIRMA
Başına yol konusu keçirən sürücü belə traktor sürdü – FOTO
Bakının nəqliyyat qovşaqları potensialının nə qədərini istifadə edir? – RƏQƏMLƏR
Avtomobilinə başqa nömrə taxan sürücü 17 min manat cərimələndi - FOTO
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib - FOTOSESSİYA












