Azərbaycanda 67 yaşlı sürücü nənə: təkəri özüm dəyişirəm - VİDEO

Uzun illər müəllim işləmiş Qüreyş Məmmədova kişilərin belə çətinliklə öhdəsindən gəldiyi işləri bacarır. Şamaxının ilk qadın sürücüsü sayılır. Qüreys Məmmədova - sürücü: “Şamaxıda hamı mənə birtəhər baxırdı. Çünki ilk qadın sürücü idim. Özümü itirirdim. Təəccüblə baxırdılar. Bakının özündə də avtomobil sürən qadın az idi”.
Əvvəllər valideynləri onun sürücülük etməsinin əleyhinə olsa da, dərs dediyi məktəbin uzaq olması onları da yola gətirib. Həm də qızlarının uşaqlıqdan sürücülüyə maraq göstərdiklərini bildikləri üçün ona “VAZ 21-01” markalı avtomobil alıblar.
Adilə Dəmirova - rəfiqəsi: “Biz kukla ilə oynayanda o avtomobillərlə oynayırdı. Plastilindən adam düzəldib içinə qoyurdu”.
Daha sonra avtomobilini “VAZ 21 011”, “06”, “07”-ə dəyişərək, 67 yaşında gəlib çatıb “Niva”ya. İndi avtomobilindən çox razıdır. Çünki sürücülük edərək avtomobil mütəxəssisi olub.
Oturduğu evi belə özü tikən 67 yaşlı Qüreyş nənə, nəvəli-nəticəli, xoşbəxt ömür sürür. Onu ən çox xoşbəxt edən isə avtomobilidir. Onunla keçən zamanın sürətinə ayaq uydurmağa çalışır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












