Azərbaycanda əhali günəş enerjisindən qazanc əldə edə bilər

“Azərbaycanda enerji istehsal edən sahibkarlarla uzunmüddətli zəmanətli alış müqavilələri bağlamaqla və əhaliyə şəbəkəyə artıq enerji ötürmək imkanı yaratmaqla enerji istehsalında alternativ mənbələrin payını əhəmiyyətli dərəcədə artırmaq olar”. Bunu “Report”a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib. Deputat qeyd edib ki, dünyada alternativ enerji, yəni günəş, külək enerjisi sürətlə yayılır: “Hər il bu enerji növünün maya dəyəri də sürətlə aşağı düşür. Bir çox ölkələrdə günəşdən və küləkdən alınan enerji növünü stimullaşdırmaq üçün xüsusi proqramlar mövcuddur. Məsələn, Türkiyədə günəş enerjisi istehsal edən sahibkarlar ilə enerjipaylayıcı qurumlar arasında 15 illik alış zəmanəti müqavilələri bağlanır. Almaniyada külək enerjisi istehsalçılarına subsidiya verilir. Bir çox ölkələrdə əhaliyə "ikitərəfli ölçü cihazları" quraşdırmağa icazə verilir. Yəni öz evlərində günəş enerjisi istehsal edən qurğular quraşdıran əhali istifadədən artıq elektrik enerjisini ümumi şəbəkəyə ötürür və bunun dəyərini enerjipaylayıcı orqandan alır. Bu həm əhalinin müəyyən səviyyədə qazanc əldə etməsinə, həm də ölkədə təmiz enerji istehsalının artırılmasına imkan yaradır”.
T.Mirkişili bildirib ki, Azərbaycanda da ilin 260-dan çox günü günəşli olduğundan ölkə ərazisində günəşdən enerji istehsal etmək potensialı kifayət qədər böyükdür.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO













