Bakıda danışan tutuquşu fantastik qiymətə satılır - 100 MİN MANAT - VİDEO

Bu tutuquşu 100 min manata satılır. Onu bu qədər bahalı edən nitq qabiliyyətinin olmasıdır. 'Qu-Qu' adlı tutuquşu 30-35 söz bilir. Quşun sahibi Ramil Qədimov 6 yaşlı tutuquşunu 4 il əvvəl başqa birindən alıb. Danışmağı sevən quş, çox vaxt evdə tək qalır. Bərbər işləyən Ramil Qədimov, bunun quşun sağlamlığına və nitqinə pis təsir etdiyini deyir. Məhz bu səbəbən də onu satmaq istəyir. Saytlara elan verən Ramil Qədimovun dediyinə görə, ona daha çox türkiyə vətəndaşları zəng edir.
Tutuquşu günəbaxan tumu, giləmeyvələrlə qidalanır. Çəhrayı quyruqlu, boz quş kaprizləri ilə də diqqət çəkir. Qəfəsdə dəyişiklik etdikdə küsəyənliyini və etirazını günlərlə yemək yeməməklə bildirir.
Tutuquşunun sahibi onu bilərəkdən bu qiymətə satır. Quşun gələcək taleyindən narahat olan Ramil Qədimov, maddi dəyəri çox olduğundan yeni sahibinin ona yaxşı baxacağını deyir. Onu satın alan şəxs, Ramil Qədimovla müqavilə imzalamalıdır. İndiki sahibi tutuquşunu satdıqdan sonra da ziyarət etmək şərtiylə satır.
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












