Bakıda polis narkomanı bu "nakolka"yla tutdu - “Pod kayfom” - VİDEO

Qabil Mövlanovu Qaradağ Rayon Polis İdarəsi (RPİ) Cinayət Axtarış Şöbəsi (CAŞ) əməkdaşları axtarışda olduğuna görə yox, boğazındakı çətənə yarpağının döyməsinə görə saxlayıblar. Avtosfer.az-ın APA TV-yə istinadən məlumatına görə, "Pod kayfom" sözü ilə əhatə olunan çətənə yarpağı əməliyyatçıların gözünə birtəhər dəyib. Sahil qəsəbə sakini, əvvəllər məhkum olunmuş Qabil Mövlanovun üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən 25 qram tiryək aşkar olunaraq götürülüb: "Gedirdim yolla, parkın kənarından tapdım. 1 büküm idi. Əlimi atdım götürdüm, gördüm tiryəkdir. Özüm istifadə etdim bir müddət, Sahil qəsəbəsində polis əməkdaşları qarşıma çıxdı, üstümdən çıxdı".
Özünü oğru aləmində görən, barmağındakı SS işarəsinin mənasından bixəbər olan Qabil Mövlanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İkinci dəfə məhkum olunduğuna görə cəzasının daha ağır olacağı istisna olunmur.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












