Bakıda qəribə mənzərə: Sərnişinlər ayaqüstə, it oturacaqda… – VİDEO

Bu gün paytaxt ərazisində fəaliyyət göstərən marşrutların birində maraqlı hadisə baş verib.
Unikal.org-un xəbərinə görə, yeniavaz.com-un hadisənin şahidi olan əməkdaşı bildirir ki, avtobus "Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı dayanacaqda durduğu zaman avtobusa daxil olan sərnişinlər özləri ilə bərabər, yanlarındakı itləri də salona keçiriblər.
Avtobus sürücüsü isə buna heç bir etiraz bildirməyib. Daha sonra itlər sərnişinlərin oturduğu oturacaqlarda oturdulub. İtlərdən qorxan bir neçə sərnişin isə avtobusu tərk edib. İtlərin heç birinin ağzında qoruyucu vasitələr də olmayıb. Həmin mənzərə telefon vasitəsilə çəkilib və görüntüdə maraqlı anlar qeydə alınıb: Sərnişinlərin ayaq üstə durması, itlərin isə oturacaqlarda oturması insanların da təccübünə səbəb olub.
Məlumat üçün onu da bildirək ki, Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr 141 nörməli qərarına əsasən, ictimai nəqliyyatda ev heyvanlarının daşınmasına yol verilmir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












