Başqasının maşınını banka girov qoymaq... – Etibarnamə bu hüququ verirmi?

Etibarnamə ilə nəqliyyat vasitəsinin bir şəxsdən digərinə dövr edilməsi hallarında bəzən müxtəlif anlaşılmazlıqların ortaya çıxdığı məlumdur. Ən çox qarşılaşılan həllardan biri isə avtomobili etibarnamə ilə idarə edən şəxs maşın sahibinin icazəsi olmadan nəqliyyat vasitəsini banka girov qoyaraq kredit götürməsidir.
Maraqlıdır, bu nə dərəcədə qanunidir və vətəndaş bu hallarla qarşılaşdıqda nə etməlidir?
Mövzu ilə bağlı danışan hüquqşünas Ramil Süleymanov hansı hallarda diqqətli olmağın vacibliyini vurğulayıb:
“Təmsilçilik münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Belə ki, adıçəkilən məcəllənin 362-ci maddəsinə görə, etibarnamə bir fərdin üçüncü şəxslər qarşısında digər şəxsə verdiyi yazılı ifadə vasitəsidir. Qeyd edim ki, avtomobillərin idarə olunması və bu məsələ ilə bağlı hər hansı davranışın həyata keçirilməsi, əsasən notarial qaydada verilən etibarnamə ilə tənzimlənir. Tərəflər həmin sənədin mətni ilə mütləq şəkildə tanış olmalıdırlar. Şəxslər uyğun olmayan bəndlərin çıxarılmasını tələb edə bilərlər. Bəzən insanlar etibarnamə məsələsində müəyyən anlaşılmazlıqlar yaşayırlar. Məsələn, baş etibarnamə ilə qarşı tərəfə avtomobilə aid bir çox səlahiyyət verildiyindən, o, maşını banka girov qoya bilər. Əgər burada birinci şəxsin narazılığı varsa, o, mülki qaydada məhkəməyə iddia ərizəsi təqdim etməklə özünə dəymiş ziyanı tələb etmək hüququnu özündə saxlayır”.
(konkret.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












