Belə toy korteji də oldu - Lap vertolyot da var..

Belə görünür ki, təkcə Azərbaycanda oliqarxlar və digər zənginlər öz övladlarına hədsiz dəbdəbəli toy kortejləri düzəltməyə həvəskar deyillər. Bu, keçmiş sovet respublikalarının bir çoxuna xasdır. Qazaxıstanda isə dəbdəbəli toy korteji məsələsində deyəsən Bakı “şeyxlərini” də təəcübləndirə biləcəklər. Çünki toy kortejlərinin milyonlarla dollar dəyəri olan ən müxtəlif superkarlardan təşkil olunması çoxdan adiləşib, ancaq vertolyotun müşaiyət etdiyi korteji hələ postsovet məkanında görən olmamışdı...
Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, Qazaxıstanın cənubundakı Çimkənt şəhərində dəbdəbəli toy kortejini havadan vertolyot müşaiyət edib, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Videorolikə əsasən kortej “Bentley”, “Lexus”, “Toyota Land Cruiser” kimi bahalı avtomobillərdən ibarətdir. Məlum olub ki, vertolyot Qazaxıstanın neft şirkətlərindən birinə məxsusdur. Həmin şirkətin aviasiya departamentinin rəhbəri Kuanış Musayev jurnalistlərə deyib ki, vertolyotu toy sahibləri 800 dollar verib yarım saata kirayələmişdilər. “Biz aviasiya işi həyata keçirmək üçün icazə almışıq. Elan üzrə bizə adam yaxınlaşdı, pulunu ödədi. Yəqin dostları ilə yığışacaqdı. Uçuşu həyata keçirdik. Biz onlara dağları, yaxşı yerləri göstərdik. Geri qayından xahiş etdilər ki, toy kortejinin üstü ilə uçaq. Vertolyotda bəy, gəlin və dörd qonaq var idi”-o bildirib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












