Bəlkə hər gün 1 aprel olsun?

Elə bir həftə yoxdur ki, kimsə avtomobil alarkən aldadılması ilə bağlı polisə müraciət etməsin. Aldadılma mexanizmi də çox sadədir: vətəndaş saytda hansısa maşını görüb bəyənir, satıcı ilə danışır və behləşir. Bundan sonra “satıcı” yoxa çıxır. Burada məbləğ adətən 500 manatı keçmir.
Yaxud hansısa maşın alverçisi vətəndaşın 10-15 min manatını mənibsəyib aradan çıxır.
Eynilə oğlunu “əsgərlikdən saxlatdıran”, hansısa nazirliyə işə düzəlmək istəyənlər, ev alanlar da fırıldaqçıların qurbanı olurlar.
Avtosfer.az xəbər verir ki, dələduzluq dünyanın hər yerində mövcuddur. Bu pis əməllə mübarizədə polislə yanaşı vətəndaşın sayıqlığı da əhəmiyyətlidir. Avropalı sosioloqların və kriminalistlərin çoxillik araşdırmaları göstərir ki, aprelin 1-də aldadılan, ciddi dələduzluqla üzləşən insanların sayı az olur. Burada sırf psixoloji amil sözünü deyir.
Belə ki, aprelin 1-i gülüş günündə insanlar xüsusi sayıqlıq göstərirlər. Onlar qəbul etdikləri istənilən informasiyanın dəqiqliyini daha diqqətlə yoxlayırlar. Buna görə də kimisə aldatmaq daha çətin olur (təbii ki, söhbət dostyana zarafatlardan getmir).
Bu koknteksdən çıxış edən ekspertlər belə təklif edirlər: bəlkə hər gün 1 aprel olsun? Başqa sözlə, özümüzü hər gün 1 apreldəki kimi hiss edək.
Vüqar
Başına yol konusu keçirən sürücü belə traktor sürdü – FOTO
Bakının nəqliyyat qovşaqları potensialının nə qədərini istifadə edir? – RƏQƏMLƏR
Avtomobilinə başqa nömrə taxan sürücü 17 min manat cərimələndi - FOTO
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib - FOTOSESSİYA
Tanınmış istehsalçı elektrikə kəskin keçiddən imtina etdi
Bakı tıxacına görə qonşuları arasında neçənci yerdədir? – STATİSTİKA
Məktəb avtobuslarında şagirdləri qoruyan sistem: Avtomobillər dayanır – VİDEO
Azərbaycanda yol tikintisində müasir texnologiyalar necə TƏTBİQ OLUNUR?
Bu düymə yanacaq sərfiyyatına təsir edə bilər – ARAŞDIRMA
Siqaretə görə küsən sərnişin, ayağı havada gedən KAMAZ sürücüsü
Bu avtomobillərdə sükan problemi aşkarlanıb: Kütləvi geri çağırma BAŞLANILDI












