Bermud Üçbucağı ilə bağlı yeni sirr ortaya çıxdı

Sirlərlə dolu Bermud Üçbucağı ilə bağlı yeni bir xəbər yayılıb. Belə ki, Üçbucağın yerləşdiyi bölgədə daha öncə müşahidə edilməyən bir ada meydana çıxıb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, ortaya çıxan ada təxminən 1600 km uzunluğunda və 120 metr enindədir.
Bu adanın gözlənilmədən ortaya çıxması haqda dəqiq bir bilgi hələ ki yoxdur. Qeyd edən bölgənin şərtlərini və digər ekoloji şərtləri göz önünə alsaq, o bölgədə yaşayan yerli xalqın dənizə və sahilə atdıqları tullantıların tədricən adanın formalaşmasına səbəb olması gözləniləndir.
Qeyd edək ki, Bermud Şeytan Üçbucağı bəşəriyyətin tarix boyu çözə bilmədiyi önəmli sirlərdən biridir.
Elm aləmi bir çox ziddiyyətlərlə dolu məsələlərə cavab versə də, bu sirli bölgəyə aid az şey kəşf edə bilib.
Bura, haqqında onlarca film çəkilən, gəmi və təyyarə qəzalarına və əsrarəngiz itkilərə səbəb olan çox qəribə bir bölgədir.
100 ildən çoxdur meydana gələn bütün bu hadisələr ümumilikdə 8127 insanın yoxa çıxmasına və bölgənin “Şeytan üçbucağı” olaraq tanınmasına səbəb olub.
Bu bölgəyə aid ilk hadisələrin meydana çıxması təxminən 600 il öncəyə, yəni XV əsrə aiddir. Ancaq bölgənin belə məşhurlaşmasına səbəb olan ən önəmli hesabat 1945-ci ildə “Flight 19” adlı hava flotunun iz buraxmadan yoxa çıxmasıdır. Bu günə qədər bu bölgədə 200-dən çox hava və dəniz nəqliyyat vasitəsi yoxa çıxıb.
Ev alqı-satqısında alıcıları gözləyən əsas risk — AÇIQLAMA
Bədəninə dəmir girdi – helikopterə pul vermədi, 16 kilometr...
Sürücülər xüsusi proqramla aldadılıb
Yol bağlanmadan təmir mümkündür – İsveçrədən maraqlı həll - VİDEO
Rusiyada "BMW"nin xəbəri olmadan "BMW" istehsal edirlər
Mülki gəmilərə pulemyot quraşdırmaq təklif edilir
Şəkinin üçadlı küçəsi - FOTO
Azərbaycanda sürücülərdən fərqli addım: Yol istəmək üçün zəng etdilər - VİDEO
Rüfət Axundovun retro avtomobili gündəm oldu; köməkçisi danışdı
“Analoqu olmayan” rus təyyarəsi bütün parametrlərinə görə fransızlara uduzdu
Gəlin və bəy motosikletlə zala daxil oldu – VİDEO










