Bir gündə iki uşaq təcili yardım maşınında dünyaya gəldi - Mingəçevirdə
Maraqlı
21 Avqust 2017 01:49

Hər iki körpənin durumu stabildir və onlar həkim nəzarəti altında saxlanılır
Mingəçevirdə iki ayrı təcili yardım maşınında oğlan və qız uşaqları doğulub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, doğuşlar bu gün şəhərin Vidadi küçəsi 2 və Aydın Məmmədov küçəsi 12 ünvanından hamilə qadınlar təcili yardım maşınları ilə xəstəxanaya götürüldüyü zaman baş verib. Belə ki, Vidadi küçəsində yaşayan 1982-ci il təvəllüdlü Günel Kərimova oğlunu, Aydın Məmmədov küçəsininin sakini 1996-cı il təvəllüdlü Nuranə Məmmədova isə qız övladını xəstəxanaya yetişmədən təcili yardım maşınında doğub.
Əldə olunan məlumata görə, oğlan uşağı vaxtından əvvəl dünyaya gəlib və çəkisi 2 kq 100 qramdır. Bununla belə, hər iki körpənin durumu stabil olaraq dəyərləndirilir və onlar həkim nəzarəti altında saxlanılır.
Oxunub : 1777
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 15:48
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
13 Noyabr 2026 12:30
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
12 Noyabr 2026 12:00
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
12 Noyabr 2026 11:30
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
12 Noyabr 2026 10:48
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
11 Noyabr 2026 12:30
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
10 Noyabr 2026 17:02
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
8 Noyabr 2026 10:54
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
7 Noyabr 2026 00:24
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
6 Noyabr 2026 13:00
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
6 Noyabr 2026 10:30
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
5 Noyabr 2026 18:51
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
ŞƏRH YAZ












