Bitkoin İlon Maska məxsusdur? - ŞOK İDDİA

“Bitkoinin yaradılmasının arxasında milyarder İlon Mask dayanır, Satoşi Nakamoto psevdoniminin arxasında gizlənən məhz odur”. Avtosfer.az lent.az-a istinadən verdiyi məlumata görə, bu barədə İ. Maskın rəhbərlik etdiyi “SpaceX” şirkətinin sabiq əməkdaşı Sahil Qupta bildirib. O deyib ki, İ.Mask bitkoinin yaradılmasında istifadə olunan “C + +” proqram dilinə yaxşı bələddir. S.Qupta xatırladıb ki, İ. Maskda qlobal problemləri həll etmək ehtirası var və bitkoin məhz 2008-ci ildə baş vermiş qlobal maliyyə böhranı zamanı yaradılıb. Sonda sabiq əməkdaş qeyd edib ki, İ. Maskın hazırda bitkoindən gələn gəlirə ehtiyacı yoxdur. Belə ki, bitkoin satışa çıxarılsa, ondan 8 milyard dollara yaxın pul qazanmaq olar, bu isə İ. Maskın rəsmi varidatından (19,7 milyard $) iki dəfədən də çox azdır.
Lakin “Cryptocoinsnews” buna qarşı bəzi əks-arqumentlər irəli sürüb. Belə ki, 2008-ci il “SpaceX” və “Tesla” üçün ən neqativ illərdən biri olub və İ. Mask həmin zaman diqqətini başqa layihəyə cəmləşdirə bilməzdi. Bundan başqa, İ. Mask jurnalistlərin diqqət mərkəzindədir və hər addımı izlənilir.
Qeyd edək ki, bitkoin kriptovalyutasını 2009-cu ildə Satoşi Nakamata nikli şəxs və ya şəxslər yaradıb. Onun (və ya onların) kimliyi hələ də bəlli deyil.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












