Bu gün və sabah Drakonid meteor yağışı müşahidə olunacaq

Bu gün və sabah Drakonid meteor yağışı müşahidə olunacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Avtosfer.az-a verilən məlumata görə, bu axının mənbəyi 21P/Giakobini–Zinner kometidir.
Bildirilib ki, 1900-cü ildə fransız astronom Mişel Giakobininin kəşf, 1913-cü ildə isə alman astronom Ernst Zinnerin yenidən müşahidə etdiyi bu komet 6,6 illik periodla Günəş ətrafında dövr edir: "Kometin hər dövrəsində buraxdığı toz və qaz axını Yer orbitini kəsdiyi üçün biz onu meteor yağışı kimi müşahidə edirik. Drakonidlər digər meteor yağışlarından fərqli olaraq çox yavaş hərəkət edir və səmada parlaq, uzunmüddətli işıq izləri buraxırlar. Adətən fəallığı zəif olur – saatda 5-ə yaxın meteor müşahidə edilir. Drakonid meteorlarının sürəti çox yavaş - təxminən 20 km/saatdır. Bu meteor tarix boyu bəzən sürpriz partlayışlarla yadda qalıb: məsələn, 1926, 1933, 1946 və 2011-ci illərdə müşahidəçilər saatda minlərlə meteor qeydə alıblar".
Bu il Drakonid meteor yağışının pik fəallığı 8-9 oktyabr axşamlarında, xüsusilə saat 19:30–23:00 arası gözlənilir.
Rusiyada "BMW"nin xəbəri olmadan "BMW" istehsal edirlər
Mülki gəmilərə pulemyot quraşdırmaq təklif edilir
Şəkinin üçadlı küçəsi - FOTO
Azərbaycanda sürücülərdən fərqli addım: Yol istəmək üçün zəng etdilər - VİDEO
Rüfət Axundovun retro avtomobili gündəm oldu; köməkçisi danışdı
“Analoqu olmayan” rus təyyarəsi bütün parametrlərinə görə fransızlara uduzdu
Gəlin və bəy motosikletlə zala daxil oldu – VİDEO
“Əkinçi”: dəmir yolunun xeyrini hər kəs görəcək - FOTOLAR
Yolun möhkəmliyi nədən asılıdır? – ARAŞDIRMA
Azərbaycanlı ustanın hazırladığı "Transformer"ə çevrilən avtomobil - VİDEO
"Körpəmi qarşılamağa kimsəm yoxdur" dedi - Tanımadığı insanlar ona dəstək oldu - VİDEO










