Bu il Ay tutulmaları Azərbaycanda da müşahidə ediləcək

Bu il baş verəcək Ay tutulmaları Azərbaycanda da müşahidə ediləcək. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov apa-ya bildirib ki, 2017-ci ildə hər il olduğu kimi, 2 Ay və 2 Günəş tutulması qeydə alınacaq. Ay tutulmalarını Azərbaycanda müşahidə etmək mümkün olsa da, Günəş tutulmaları ölkəmizdə görünməyəcək: “İlk Ay tutulması fevralın 11-də, Bakı vaxtı ilə saat 02:34-də başlayacaq, saat 04:43-də maksimumda olacaq, saat 06:51 başa çatacaq. Buna yarım və zəif kölgəvari Ay tutulması deyilir. Proses Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikada görünəcək.
Azərbaycanda da bu prosesi səhərə yaxın müşahidə etmək mümkün olacaq. Avqustun 7-də baş verəcək ikinci Ay tutulması isə saat 21:22-də başlayacaq, saat 22:20-da maksimumda olacaq, saat 23:18-də başa çatacaq. Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida, Rusiyanın böyük hissəsində müşahidə ediləcək. Azərbaycanda da günbatandan sonra tutulmanın bir hissəsini görə biləcəyik”.
Günəş tutulmalarına gəlincə, X.Mikayılov vurğulayıb ki, bu il üçün ilk hadisə fevralın 26-da olacaq. Proses saat 16:12-də başlayacaq, saat 18:54-də maksimumda olacaq, saat 21:35-də bitəcək.
O qeyd edib ki, həlqəvari Günəş tutulması Amerika, Cənubi Afrikanın qərbində müşahidə olunacaq: “Avqustun 21-də olacaq ikinci Günəş tutulması isə tam Günəş tutulması hesab edilir. Bakı vaxtı ilə saat 19:47-də başlayacaq proses saat 22:26-da maksimumda olacaq, saat 01:04-də isə sona çatacaq. Tutulma Kanada, Cənubi Amerikanın şimalında, Sakit və Atlantik okeanlarda və ABŞ-da müşahidə ediləcək”.
Direktor müavini əlavə edib ki, bu hadisələrin insanlar üçün heç bir təhlükəsi yoxdur və adi astronomik hadisədir. Yalnız psixoloji cəhətdən zəif olanlara bir az təsir edə bilər.
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA
Rusiyada deputat əhalini benzin qıtlığına öyrəşməyə çalışdı
“Bolt”un sürücüsündən maraqlı addım; maşında qida bölməsi yaradıb – VİDEO
Taxtadan hazırlanan avtomobili yol polisi saxladı - VİDEO
Polis istidən əziyyət çəkənləri belə sərinlədir - FOTO
“BYD”də qəribə nasazlıq; sürücü bunu edəndə bütün panel donur - VİDEO










