Bu küçədə yeriyəndə elektrik enerjisi əldə edilir- FOTOLAR

Londonda yerləşən “Bird street” küçəsi yeni şəhər texnologiyası tətbiq edilib. Avtosfer.az ICTnews-a istinadən xəbər verir ki, Britaniyanın “Pavegen” şirkəti piyadalar üçün yollardan birinə 107 kvadrat metr sahəyə malik örtük quraşdırıb. Bərabərtərəfli üçbucaq formasında olan hər bir xana piyadaların addımlarından əldə olunan enerjini 5 vatt gücündə elektrik enerjisinə çevirir. Toplanmış elektrik enerjisi daha sonra küçələrin işıqlandırılmasında, quşların səsi şəklində səsli fonun yaradılmasında, həmçinin “Bluetooth” ötürücü aparatların işləməsində istifadə edilir.
Bu küçə üzrə hərəkət edən piyadalar smartfon üçün xüsusi mobil proqramın köməyi ilə yaratdıqları enerjinin miqdarını görmək və hətta buna görə xüsusi endirim və kuponları əldə etmək imkanına da malikdirlər.
Bundan başqa, bu küçədə “Airlabs” şirkətinin “ClearAir” adlı möcüzəvi skamyası qurulub. Bu skamya çirkli havanı “udur” və onu təmizlədikdən sonra xüsusi dəliklər vasitəsilə təmiz havanı geri qaytarır.
“Berd street” küçəsinin bəzi sahələrinin rənglənməsində “Airlite” su əsaslı boyadan istifadə edilib. Mütəxəssislər əmin edirlər ki, bu boya havadan azot oksidi azad edir, zərərli bakteriyaları məhv edir və tozu uzaqlaşdırır.



3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












