Bu müsəlman ölkəsində sürücülərə yaş həddi tətbiq edilir - FOTO

Son aylarda dünyanın əksər ölkələrində yaşlı sürücülərlə bağlı müzakirələr intensivləşib.
Avtosfer.az xəbər verir ki, bu məsələdə bir dilemma mövcuddur: uzun illərin təcrübəsi sürücünün qəzadan yayınmasına imkan verir. Lakin təbii amillər də nəzərə alınmalıdır. Belə ki, orqanizm qocalkdıqca reaksiya müddəti artır, görmə qabiliyyəti aşağı düşür.
Müsəlman ölkələrində yaşlı sürücülərə münasibət birmənalı deyil. Məsələn, BƏƏ, Küveyt və Omanda yaşı 60-ı ötən sürücülər üçün tibbi müayinə intensivləşdirilir – 6-18 ay arası.

Səudiyyə Ərəbistanında isə məsələ konkretdir: 75 yaşı tamam olan şəxs sükan arxasına keçə bilməz. Sürücülük vəsiqəsinin son həddi 75 yaşdır. Bu qayda etibarlı sürücülük vəsiqəsi olan əcnəbilərə də şamil edilir. Qaydanı pozan şəxsi çox ağır cərimə gözləyir.
FAKT: Ötən ilə aid statistikaya görə Səudiyyə xəstəxanalarındakı çarpayıların 30 faizdən çoxunu yol qəzasında xəsarət alanlar tutur.
Vüqar Yaşaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












