"BYD"dən maraqlı qərar: Bu cür qəza xərclərini şirkət qarşılayacaq

Çinin avtomobil istehsalçısı olan "BYD" muxtar idarəetmə texnologiyaları sahəsində diqqətçəkən addım atıb. Şirkət "Tanrının Gözü" (God's Eye) adlı ağıllı sürücülük sistemi ilə bağlı yeni zəmanət proqramını təqdim edib.
Avtosfer.az xəbər verir ki, "BYD" dünyada ilk dəfə olaraq muxtar idarəetmə sistemi aktiv olduğu müddətdə baş verən qəzaların bütün xərclərini öz üzərinə götürəcəyini açıqlayıb. Şirkət bildirib ki, sistem qaydalara uyğun şəkildə istifadə olunduğu halda, sürücülər həmin qəzalarla bağlı hüquqi və maliyyə məsuliyyətindən azad ediləcəklər.
Elektrikli avtomobil bazarının aparıcı istehsalçılarından biri olan "BYD" bu addımla həm istifadəçilərin muxtar idarəetmə texnologiyalarına etimadını artırmağı, həm də sektorda yeni standart formalaşdırmağı hədəfləyir.
Yeni proqram "Tanrının Gözü A" və "Tanrının Gözü B" ağıllı sürücülük paketləri ilə təchiz edilmiş avtomobilləri əhatə edir. Şirkətin təqdim etdiyi "İkiqat zəmanət" modeli çərçivəsində sistem aktiv olduğu zaman baş verən qəzalar nəticəsində yaranan xərclər tam şəkildə qarşılanacaq.
"BYD" nümayəndələrinin sözlərinə görə, proqramdan yararlanmaq üçün sürücülər sistemi istehsalçının müəyyən etdiyi qaydalara uyğun şəkildə istifadə etməlidirlər. Bu şərtlər daxilində avtomobil sahibləri bir il müddətində tam məsuliyyət qorunmasından faydalana biləcəklər.
Qeyd olunub ki, yeni avtomobil alan müştərilər bu zəmanəti avtomobil təhvil verilən andan əldə edəcəklər. Mövcud "BYD" istifadəçiləri isə "OTA" (Over-the-Air) yeniləməsi vasitəsilə təqdim olunacaq "Tanrının Gözü 5.0" proqram təminatını quraşdıraraq sistemə qoşula biləcəklər.
Mütəxəssislər hesab edirlər ki, bu qərar muxtar idarəetmə texnologiyalarının geniş yayılmasına və sürücülərin bu sistemlərə olan etimadının artmasına mühüm təsir göstərə bilər.
Eltac Zülfüqaroğlu
Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI
Nəqliyyat sisteminin effektivliyi necə müəyyən edilir? – ARAŞDIRMA
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər












