“Coca-cola” məhsulları geri çağırıldı – TƏRKİBİNDƏ BU MADDƏ VAR İMİŞ
Bəzi ölkələrdə tanınmış markalara aid içkilərin tərkibində həddindən artıq xlorat olması şübhəsilə geri çağırılmasına qərar verilib.
Avtosfer.az-ın məlumatına görə, Belçika Federal Qida Zəncirinin Təhlükəsizliyi Agentliyi (FASFC), “Coca-Cola” “Europacific Partners Belgium” tərəfindən istehsal edilən müxtəlif məhsulların qüsurlu məhsul olduğunu açıqlayıb.
Belə ki, “Coca-Cola”, “Fanta”, “Sprite”, “Fuse Tea”, “Nalu”, “Minute Maid”, “Tropico və Royal Bliss” markalarına aid məhsulların tərkibində müəyyən edilmiş normadan daha yüksək xlorat olmasını əsas gətirərək həmin məhsulların ümumilikdə toplanması və geri çağırılmasının mütləq olduğu vurğulanıb.
Məlumata əsasən, istehsal kodları 328 GE-dən 338 GE-yə qədər olan bu məhsulların qutu və şüşə butulkalarda satıldığı bildirilib. İstehlakçılara həmin məhsulları istehlak etməmək tövsiyə edilib və satış nöqtələrinə qaytarılması üçün xəbərdarlıq edilib.
Belçika mətbuatının yazdığına görə, geri çağırılan məhsullar Belçikanın Gent şəhərindəki müəssisədə istehsal olunub və bu məhsullar Belçika ilə yanaşı Hollandiya, İngiltərə, Almaniya, Fransa və Lüksemburqa da ixrac edilib.
Qeyd edək ki, xlorat suyun təmizlənməsində və qida emalında xlor əsaslı dezinfeksiyaedici maddələrdən istifadə zamanı əmələ gəlir.
Eltac Zülfüqaroğlu
Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI
Nəqliyyat sisteminin effektivliyi necə müəyyən edilir? – ARAŞDIRMA
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər












