Dəbdəbəli "təkərli ev" - FOTO

Yayşayış avtofurqonlarının istehsalı ilə ixtisaslaşmış Jayco şirkəti Florida RV SuperShow treyler və istirahət malları sərgisində dəbdəbəli Embark kemperini təqdim edib.
Kemper qonaq otağına, yataq otağına, tam ölçülü mətbəxə və buxarıya malikdir. Təkərlər üzərindəki ev Spartan Motors şirkətinin K1 350 şassisində inşa edilib. Kemper müstəqil ön asqı və 46 millimterlik Bilstein amortzatorları ilə təchiz edilib. «Təkərli ev» Cummins firmasının 360 at qüvvəli dizel mühərriki ilə hərəkətə gəlir.
Embark kemperinin təchizatına 50-düymlük televizoru və səs paneli olan əyləncə sistemin, yataq otağındakı 32-düymlük televizor, soyuducu, mikrodalğa sobası, duş kabinası, tualet və qarderob daxildir. Əlavə ödəniş etməklə kemperdə paltaryuyan maşını, qurutma yerini, teatr oturacaqlarını və daxili tozsoranı quraşdırmaq mümkündür. Embark modelinin uzadılmış variantı iki sanitar qovşağı və 17-düymlük günəşdən qorunma müdafiə tenti ilə təchiz edilir.
Kemperin qiyməti 289500 dollardan başlayır. (autograph)





3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












