Dronlar üçün dispetçer sistemi sınanıb

İstehlak məqsədli pilotsuz uçan aparatların (dron) əlçatanlığı onların təhlükəsizliyi məsələsini gündəmə gətirir. Yaxın gələcəkdə belə aparatların sayının artması idarə edilən aviatexnika üçün təhlükə yaradacaq. Belə təxmin edilir ki, xüsusi proqram həlləri (müəyyən sahələr daxilində uçuşlara qadağa qoyulması və ya maneədən yan keçmək üçün alqoritmlər) toqquşmaların qarşısını almağa imkan verəcək. Alternativ qismində olduğu yerin monitorinqini təmin edən "ADS-B" texnologiyası nəzərdə tutulur. Avtosfer.az bildirir ki, "Alphabet" şirkətinin yeni sisteminin işi "ADS-B" texnologiyasına əsaslanır. Sistem "Google"un xidmətlərindən ("Earth", "Maps" və "Street View") istifadəni nəzərdə tutur. Bu xidmətlərin köməyi ilə pilotsuz təyyarənin olduğu yeri müəyyənləşdirən sistem real vaxt rejimində uçuşun optimal trayektoriyasını müəyyənləşdirir. Bu, bir neçə aparata ümumi hava məkanında təhlükəsiz uçuşlar yerinə yetirməyə imkan verəcək. Məsələn, uçuş marşrutlarının düzəlişi dronların binalarla toqquşma riskini minimuma endirəcək. Şirkət yeni həllini Kaliforniyada sınaqdan keçirib. Sınaqlarda 1 ədəd "DJI Inspire" dronu, 2 ədəd "Intel Aero" və "Alphabet"in bölməsi olan "Project Wing" layihəsinin istehsalı olan 3 ədəd drondan istifadə edilib. Ssenari üzrə sonuncular bağlamaları çatdırmalı, "Inspire" və "Aero" dronları isə vahid hava məkanında axtarış-xilasetmə əməliyyatında iştirak etməli idilər. Bu halda "Intel" şirkətinin aparatları "LTE" şəbəkəsinin köməyi ilə, operatorlar tərəfindən məsafədən idarə edilib, "DJI" və "Project Wing"in əməkdaşları isə poliqonda olublar. Sınaqlar çərçivəsində dispetçer sistem uçuşların trayektoriyasına düzəliş edib. Sınaq uğurlu olub. Şirkət gələcəkdə məhsuldarlığı artırmaq üçün yeni həlli "bulud" texnologiyasına inteqrasiya etmək niyyətindədir. (ICTnews)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












