Dünyanı ŞOK-da: göyərtəsində 300 sərnişin olan təyyarənin pilotu yatdı - FOTO

Londona gedən təyyarənin pilotu üstünə yorğan çəkərək yuxulayıb. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, sərnişinlərin çəkdiyi foto dünyada səs-küyə səbəb olub. Pakistanın paytaxtı İslamabaddan İngiltərənin paytaxtı Londona uçan həmin təyyarədə 300 sərnişin olub. Kapitan pilot Əmir Ahtar Haşmi təyyarə havaya qalxdıqdan qısa bir müddət sonra təyyarəni stajor pilota verərək kabinədən çıxıb. Bizness-klass hissədə üzərinə bir ədyal atan kapitan pilot təxminən iki saat yarım yatıb. Yerli media hadisənin ortaya çıxmasıyla Pakistan Hava yolları Pilotlar Birliyinin PIA şirkətinin uçuşlarını təxirə saldığını bildirir. Bundan əlavə, 300 sərnişinin həyatını riskə atan pilot haqqında istintaq başladılıb. Qeyd edək ki, Air France-a aid sərnişin təyyarəsi səkkiz il əvvəl Braziliyanın paytaxtı Rio-de-Janeyrodan Parisə uçarkən Atlantik okeanına düşmüşdü. 12 min metr hündürlükdə təyyarənin boşluğa düşdüyü həmin an kapitan pilot Mark Dubois və köməkçisi yuxuda olublarmış.

3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












