Dünyanın ən bahalı aviabrendləri məlum olub - SİYAHI

2017-ci ildə dünyanın ən bahalı hava yolları brendlərinin siyahısı açıqlanıb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, ən dəyərli hava yolları brendləri siyahısına ümumilikdə 50 şirkət daxil olub.
Siyahının birincisi "American Airlines" olub. Ötən il siyahının üçüncüsü olmuş və 6,156 mlrd. dollar dəyərində qiymətləndirilən bu brendin dəyəri 2017-ci ildə 9,811 mlrd. dollar təşkil edib. Siyahıda ikinci olan "Delta" (ABŞ şirkəti) ötənilki yerini sabit saxlayıb. 2016-cı ildə brendin dəyəri 6,301 mlrd. dollar olsa da, bu il 9,232 mlrd. dollar təşkil edib.
Ötən il 5-ci olan "United" aviaşirkətinin (ABŞ) brendi 2017-ci ildə 3-cü pilləyə yüksəlib. Brendin dəyəri 4,474 mlrd. dollardan 7,161 mlrd. dollara yüksəlib.
2016-cı ildə bu siyahının lideri olan "Emirates Airlines" brendi (BƏƏ) bu il 4-cü mövqedə qərarlaşıb. 2016-cı ildə onun bazar dəyəri 7,743 mlrd. dollar təşkil etsə də, 2017-ci ildə 6,082 mlrd. dollara düşüb.
Ötən il (3,679 mlrd. dollar) siyahıda 8-ci olan "Southwest" brendi (ABŞ) 2017-ci ildə (6,001 mlrd. dollar) 5-ci olub, "China Southern Airlines" aviabrendi 4,388 mlrd. dollardan 4,475 mlrd. dollara yüksəlsə də 6-cı mövqedə qalıb.
Siyahıda sonrakı yerləri ötən il 10-cu (3,436 mlrd. dollar), bu il isə 7-ci (3,920 mlrd. dollar) olan "China Eastern Airlines", 2016-cı ildə (4,154 mlrd. dollar) 7-ci yerdən 2017-cı ildə (3,865 mlrd. dollar) 8-ci yerə geriləyən "Air China" olub.
Növbəti geriləmə İngiltərə aviabrendi üzrə müşahidə edilib. Belə ki, aviabrendlər sırasında 2016-cı ildə 4-cü olan "British Airways" (4,621 mlrd. dollar) 2017-ci ildə (3,708 mlrd. dollar) öz mövqeyini itirib və 9-cu olub. TOP-10-u bazarda öz mövqeyini xeyli yaxşılaşdıran Yaponiyanın "ANA" brendi tamamlayır. Belə ki, aviaşirkətin brendi 2016-cı ildəki 1,805 mlrd. dollardan (15-ci sıra) bu il 2,586 mlrd. dollara kimi bahalaşıb.
Qeyd edək ki, 2017-ci ilin bahalı aviabrendləri siyahısında geriləyənlərdən "Turkish Airlines" (11-dən 16-ya düşüb, dəyəri açıqlanmır), "Qatar Airways" (9-dan 12-yə, bazar dəyəri açıqlanmır) olub. Rusiyanın "Aeroflot" aviabrendi isə 29-cu yerdən 26-ya yüksəlib.
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?















