Dünyanın ən böyük qayası hansıdır? - Uluru, yoxsa Mount Auqustus?

Dünyanın ən böyük qayası hansıdır? Bu sualın cavabı əslində "qaya” anlayışını necə tərif etməyinizdən asılıdır. Geoloji terminlər və elmi təsnifatlar arasında itmədən baxdıqda, Avstraliyanın qızıl torpaqlarında bu ad uğrunda yarışan nəhəng namizədlər diqqəti cəlb edir.
Avtosfer.az xəbər verir ki, bir çox insan üçün dünyanın ən böyük qayası deyildikdə ilk ağla gələn Uluru olur. Avstraliyanın tam mərkəzində yüksələn bu qumdaşı nəhəngi ətrafdakı düzənlikdən 348 metr hündürlüyə qalxır. Səhranın ortasına qoyulmuş iri bir kərpic kimi görünən bu ikonık quruluşun təməl ətrafı isə 9,4 kilometrdir.

Ulurunun tarixi təxminən 550 milyon il əvvələ, bölgənin hələ dənizlərlə örtülü olduğu dövrə gedib çıxır. Dənizin dibinə çökən qum və palçıq zamanla bərkiyərək bu nəhəng kütləni formalaşdırıb. Təxminən 400 milyon il əvvəl dəniz geri çəkildikdən sonra külək və yağış yumşaq hissələri aşındıraraq bu gün heyranlıqla izlənən möhtəşəm formanı ortaya çıxarıb.
Qərbi Avstraliyanın vəhşi daxili bölgələrində Ulurudan iki dəfə böyük hesab edilən başqa bir rəqib var: Mount Auqustus. Ətraf mühitdən 860 metr yüksələn bu quruluş tutduğu sahəyə görə Ulurunu geridə qoyur. Lakin geologiya məsələyə daxil olduqda vəziyyət bir qədər mürəkkəbləşir.
Alimlər Mount Auqustusu "monoklin” kimi təsnif edirlər. Yəni bu quruluş yer qabığının birtərəfli bükülməsi nəticəsində yaranmış nəhəng bir qıvrımdır. Burada tək bir blokdan deyil, milyonlarla il ərzində üst-üstə yığılan qatların birləşməsindən ibarət iri bir strukturdən söhbət gedir. Uluru isə "monolit”, yəni tək parça və bütöv bir qaya kütləsi kimi qəbul edildiyi üçün bir çox mütəxəssisə görə "ən böyük qaya” titulunu hələ də əlində saxlayır.

Bəs niyə hər hansı bir dağ "dünyanın ən böyük qayası” sayıla bilmir? Çünki dağlar geoloji baxımdan bir qədər "yamalı bohça”ya bənzəyir. Milyonlarla il ərzində müxtəlif qaya qatları, torpaq və vulkanik materialların bir-birinə sıxılması ilə yaranan mürəkkəb strukturlardır. Bu səbəbdən onları tək bir qaya parçası kimi adlandırmaq elmi baxımdan mümkün hesab edilmir.

Əgər axtardığınız həqiqətən təkbaşına dayanan nəhəng bir qaya kütləsidirsə, marşrutu ABŞ-da yerləşən Mojave səhrasına çevirmək lazımdır. Burada "Giant Rock” (Nəhəng qaya) adı ilə tanınan və yeddi mərtəbəli bina hündürlüyündə olan kütlə dünyanın ən böyük müstəqil qaya bloku hesab olunur. Bu nəhəng qaya ölçüləri ilə yanaşı, ətrafında formalaşan səhra mistikası və UNO əfsanələri ilə də maraqlı bir tarixə malikdir.(qaynarinfo)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












