Əsəbləşdi, öz maşınında otel otağı düzəltdi - FOTO

Türkiyənin Kütahya bölgəsində yaşayan Yılmaz Akkaya istirahət üçün getdiyi ərazilərdən birində otel qiymətlərinin yüksək olduğundan şikayət edib. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, qiymətlərin həddindən artıq yüksək olmasına maraqlı şəkildə etriaz edən Yılmaz mediada geniş müzakirə olunub. Otelin qarşısında 1992-ci ildə istehsal olunan köhnə avtomobilinin içərisində bir nəfərlik otel otağını kölgədə qoyacaq şərait qurub. Avtomobilin içərisinə çarpayı, televizor, kiçik ölçülü soyuducu və bir sıra zəruri ev əşyaları yerləşdirən Yılmaz bütün bunlara cəmi 8 min türk lirəsi xərclədiyini deyib. Maşının şüşələrinə incə detallarla işlənmiş pərdə, sancaq və təsbehlər asan Yılmaz Akkaya dəri oturacaq və rəngarəng işıqları ilə vətəndaşların diqqətini çəkib. Avtomobili ilə bir çox istirahət zonalarını gəzən Yılmaz Akkaya, insanların ona qarşı maraqlı baxışlarından zövq aldığını deyib: "İnsanlar mənə yaxınlaşaraq onların avtomobillərini də bu cür bəzəməyimi xahiş edirlər".






3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












