Feysbookda “Sabahınız xeyir” yazdı, həbs olundu - FOTO

İsrail polisləri feysbukdakı paylaşımına görə fələstinli şəxsi həbs edib. “Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, bunun əsas səbəbi isə feysbukda avtomatik tərcümənin həmin şəxsin paylaşımını səhv tərcümə etməsi olub. Belə ki, fələstinli şəxs ərəb dilində “Sabahınız xeyir” yazıb. Lakin sosial şəbəkənin avtomatik tərcümə sistemi ivrit və ingilis dilinə həmin paylaşımı “Onlara hücum edin” kimi tərcümə edib. İxtisasca inşaatçı olan fələstinli şəxs terrora dəvət etməkdə ittiham olunaraq həbs olunub.
Məsələ burasındadır ki, ərəb dilində tələffüz zamanı işlədilən “Sabahınız xeyir” cümləsi yazılı formada “Onlara hücum edin” cümləsinə bənzəyir. Bununla yanaşı polis zabitləri səhv tərcümə olunmuş paylaşımı fotodakı buldozerə də aid ediblər. Belə ki, əvvəllər bu nəqliyyat növündən bir çox terror hücumlarında istifadə ediblər. Beləliklə polislər həmin fələstinli şəxsin də hansısa terror hücumu etməsini planlaşdırdığını güman edib.
Fələstinli şəxs dindirildikmdən sonra səhvən tutulduğu üzə çıxıb və həmin şəxs azad olunub.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












