Fırtınaya düşən səyahət gəmisinin görüntüləri yayıldı – VİDEO

“Norwegian Breakaway” səyahət laynerinin sərnişinlərindən biri güclü siklondan keçən gəminin göyərtəsindən lentə aldığı unikal görüntüləri internetə yerləşdirib. “RedCurtainEnt” adlı istifadəçi dekabrın 27-də Yeni il məzuniyyətini Nyu-Yorkdan Bahama adalarına səyahət edən nəhəng laynerin dörd min sərnişinindən biri olub.
Gəmi geri dönərkən qar çovğunu başlayıb, gəmi fırtınaya düşüb. “Mashable” yazır ki, fırtınadan yan keçmək mümkün olsa da, gəminin kapitanı israrlı şəkildə təyin olunmuş kursu dəyişməyib. Bloqer ən “nəfəskəsici” anların görüntülərini montaj edərək, maraqlı videoçarx hazırlayıb. Həmin kadrlarda şiddətli küləklə müşayiət olunan okean fırtınanın təsiri altında gəminin atılıb-düşdüyünü, laynerin dəhlizlərinin dalğaların gətirdiyi su ilə dolduğunu, sərnişinlərin ayaq üstə qalmaq üçün dəridən-qabıqdan çıxdığını görmək olur. Bloqerin dediyinə görə, bu cür vəziyyət üç günə yaxın davam edib.
“Breakaway” hər hansı ciddi insidentlə üzləşmədən yanvarın 5-də Nyu-Yorka qayıdıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












