General yoxa çıxdı, alimlər öldü: UNO və nüvə araşdırmasında şok

2023-cü ildən bəri ABŞ-da kosmos və nüvə fizikası sahəsində araşdırmalar aparan azı 8 mütəxəssis naməlum şəraitdə ölüb və ya itkin düşüb. Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, bu hadisələr ölkənin elmi camiəsində ciddi narahatlıq yaradıb.
Generalın sirli itkin düşməsi
Sonuncu səs-küylü hadisə ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru Uilyam Nil Makkaslandın yoxa çıxmasıdır. O, 2026-cı il fevralın 27-də Nyu-Meksiko ştatında itkin düşüb. Polisin məlumatına görə, generalın telefonu, eynəyi və digər şəxsi əşyaları evdə qalıb, lakin onun gəzinti çəkmələri, pul kisəsi və 38 kalibrli revolveri yoxa çıxıb. Makkasland əvvəllər Hərbi Hava Qüvvələrinin Araşdırma Laboratoriyasına rəhbərlik edib və məxfi məlumatlara çıxışı olub.
Digər müəmmalı ölümlər və itkinlər
Xəbərdə digər şübhəli məqamlar da qeyd olunur:
Maykl Hiks (NASA): Komet və asteroidlərin araşdırılması ilə məşğul olan 59 yaşlı mütəxəssis 2023-cü ilin iyulunda vəfat edib. Onun ölüm səbəbi rəsmi olaraq hələ də açıqlanmayıb.
Milissa Kasias (Los-Alamos Laboratoriyası): Nüvə silahları sahəsindəki layihələrdə iştirak edən 53 yaşlı mütəxəssis 2023-cü ilin iyunundan bəri itkin düşmüş hesab olunur.
Ağ Evdən reaksiya
Mövzu ilə bağlı yayılan məlumatlar rəsmi Vaşinqtonun da diqqətini çəkib. Ağ Evdən verilən bəyanatda bildirilib ki, hakimiyyət orqanları sözügedən faktlarla bağlı genişmiqyaslı araşdırma apara bilər. Hazırda bu hadisələrin mütəxəssislərin peşə fəaliyyəti ilə birbaşa əlaqəli olduğuna dair rəsmi sübut təqdim edilməsə də, ölümlərin və itkin düşmələrin ardıcıllığı müxtəlif nəzəriyyələrə yol açır.
Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI
Nəqliyyat sisteminin effektivliyi necə müəyyən edilir? – ARAŞDIRMA
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər












