Göyçaylı gənc yeni avtomobil modeli ixtira edib

Göyçayın Çərəkə kənd sakini 22 yaşlı Sadiq Məmmədov yeni model avtomobil ixtira edib. Bəli, xaricdən bəsit görünüşü olsa da avtomobil ağır mexanizm, güclü mühərrik və müxtəlif ehtiyyat hissələri bir araya gətirməklə ağıllı düşüncənin işləyib hazırladığı fərqli bir modeldir. Avtosfer.az inter.az-a istinadən xəbər verir ki, Məmmədov bu avtomobili beynində qurduğu sxemlər əsasında hazırlayıb. Özü də nə az, nə çox cəmi 200 manat xərci çıxıb. Bir oturacaqlı, sivri uclu, 4 təkərli avtomobil daha çox “Rally” yarışlarında iştirak edən avtomobillərə bənzəsə də, ancaq 20-ci əsrin əvvəllərində istehsal olunan Mersedes Simplex modellərinə də az bənzəmir. 3 ay müddətində qurulan bu avtomobil yüksək sürəti ilə görənlərini təəccübləndirir.
Gündəlik nəqliyyat kimi istifadə olunan bu avtomobil sürücü ilə yanaşı 70 kq yük də daşıya bilir. Yanacaq sisteminin 4 litrə qədər tutumu var. Mühərriki isə arxa hissədə yerləşir.İxtisasca qaynaqçı olan ixtiraçı hazırladığı avtomobilin ehtiyyat hisslərini də özü hazırlayıb.
Sadiqin sözlərinə görə, ixtira etdiyi avtomobili bir az da təkmilləşdirərək, avtomatik olaraq üst örtüyünün örtülməsi, sürətin artırılması və yeni model avtomabillərdə olan konfortun alınmasıdı. Bundan başqa hər hansı bir şirkət tərəfindən köməklik olunarsa, yerli avtomobil istehsalında bir ilk etmək qərarındadı. Sadiq Məmmmədov həmçinin, avtomobillə yanaşı Müdafiə sənayesi nazirliyindən dəvət və təklif alarsa ordumuz üçün yerli silahların və zirehli avtomobillərin hazırlanmasına da kömək edə biləcəyini deyir.
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA
Rusiyada deputat əhalini benzin qıtlığına öyrəşməyə çalışdı
“Bolt”un sürücüsündən maraqlı addım; maşında qida bölməsi yaradıb – VİDEO
Taxtadan hazırlanan avtomobili yol polisi saxladı - VİDEO
Polis istidən əziyyət çəkənləri belə sərinlədir - FOTO
“BYD”də qəribə nasazlıq; sürücü bunu edəndə bütün panel donur - VİDEO










